Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki qeyri-faiz gəlirləri 30 milyon manatdan çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (216,44 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (125,39 milyon manat), “PAŞA Bank” (95,208 milyon manat) və “Unibank”dır (30,798 milyon manat).
Qalan 22 bankdan 7-də qeyri-faiz gəlirləri 10-30 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan az olub.
Azərbaycanda 17 bankın qeyri-faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun ötənilki qeyri-faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Zıraat Bank Azərbaycan”, “Xalq Bank”, “Rabitəbank”, “Kapital Bank”, “PAŞA Bank”, “Naxçıvan Bank”, “Turan Bank” və “Bank of Baku”dur.
Ən yüksək dinamika Pakistan bankında (10,9 dəfə), ən aşağı dinamika isə “Bank of Baku”da (2,4%) qeydə alınıb.
Qalan 17 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma “Access Bank”da (65,8%), ən az azalma isə “Azər-Türk Bank”da (3,9%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda ROE əmsalı üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)