Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki faiz gəlirləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (440,183 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (406,244 milyon manat), “PAŞA Bank” (218,187 milyon manat) və “Xalq Bank”dır (103,447 milyon manat).
Qalan 22 bankdan 5-də faiz gəlirləri 50-100 milyon manat arasında, 15 bankda 10-50 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.
Eləcə də bax: Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)