Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 8 bankın - Öhdəlikləri Azalıb
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 020,384 milyon manat), "PAŞA Bank" (4 369,13 milyon manat), "Kapital Bank" (4 361,949 milyon manat) və "Xalq Bank"dır (1 740,077 milyon manat).
Qalan 22 bankdan 19-da öhdəlikləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)