Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Eləcə də bax: Biznes kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Naxçıvan Bank”, “Turan Bank”, “Muğan Bank” və “Unibank” ASC-lərdir.
Ən yüksək dinamika “Naxçıvan Bank”da (8,9%), ən aşağı dinamika isə “Unibank”da (4%) qeydə alınıb.
Qalan 22 bankın nizamnamə kapitalı dəyişməyib.