Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Biznes kreditinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (2 509,978 milyon manat), “PAŞA Bank” (2 275,947 milyon manat), “Kapital Bank” (2 121,328 milyon manat) və “Xalq Bank” (1 390,113 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır.