Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Günay Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (80,3%), ən az azalma isə “Günay Bank”da (1%) qeydə alınıb.
Qalan 22 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (50%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,3%) qeydə alınıb.