Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycan banklarına qoyulan - Depozitlər Azalıb
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 792,183 milyon manat), "PAŞA Bank" (3 645,33 milyon manat), "Kapital Bank" (3 625,804 milyon manat) və "Xalq Bank"dır (1 430,994 milyon manat).
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)