Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda bankların faiz xərcləri üzrə - RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 261,666 milyon manat), “Kapital Bank” (5 192,419 milyon manat), “PAŞA Bank” (5 029,427 milyon manat) və “Xalq Bank” (1 543,268 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.