Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Depozit portfelinin həcmi üzrə - BANKLARIN RENKİNQİ – (30.06.2021)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (5 782,325 milyon manat), “PAŞA Bank” (4 534,455 milyon manat), “Kapital Bank” (4 410,409 milyon manat) və “Xalq Bank” (1 444,936 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)