Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Kredit portfelinin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (30.06.2022)
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 559,518 milyon manat), “Kapital Bank” (627,655 milyon manat), “PAŞA Bank” (582,116 milyon manat) və “Xalq Bank” (456,258 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 9-da balans kapitalı 100-200 milyon manat arasında, 12 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)