Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 437,745 milyon manat), “Kapital Bank” (648,196 milyon manat), “PAŞA Bank” (577,276 milyon manat) və “Xalq Bank” (444,181 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 5-də balans kapitalı 100-200 milyon manat arasında, 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.