Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda bankların faiz gəlirləri üzrə - RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 411,223 milyon manat), “Kapital Bank” (600,15 milyon manat), “PAŞA Bank” (559,505 milyon manat) və “Xalq Bank” (444,9 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 17 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.