Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2021)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 479,631 milyon manat), “Kapital Bank” (563,327 milyon manat), “PAŞA Bank” (544,592 milyon manat) və “Xalq Bank” (436,815 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 17 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)