Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə aktivləri 2 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycan bankları 2021-i belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı “Renkinq”ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (11 483,857 milyon manat), “Kapital Bank” (6 709,523 milyon manat), “PAŞA Bank” (6 408,381 milyon manat) və “Xalq Bank” (2 339,392 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 3-də aktivlər 1-2 milyard manat arasında, 6 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 11 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.