Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
FED.az xəbər verir ki, bunlar “Unibank” və “Bank BTB” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 30 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (210,609 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (209,914 milyon manat), “PAŞA Bank” (109,712 milyon manat) və “Bank of Baku” (30,775 milyon manat) ASC-lərdir.
Qalan 19 bankdan 6-da (xalis) mənfəət 10-20 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)