Azərbaycanda 4 bank 1 milyard manatdan çox kredit verib.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə olan bank hesabatlarına görə, Azərbaycanda 4 bank ayrı-ayrılıqda 1 milyard manatdan çox kredit verib. Bu banklar Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “PAŞA Bank”, və “Xalq Bank”dır.
Eləcə də bax:Azərbaycanda ən az kredit verən - BANKLAR MƏLUM OLUB
Ən çox krediti Beynəlxaql Bank verib. Belə ki, bankın verdiyi kreditlərin məbləği 2 milyard 247 milyon 125 min manat təşkil edib.
İkinci ən çox krediti isə “Kapital Bank” verib. Bankın hesabat dövründə verdiyi kreditlərin məbləği 1 milyard 721 milyon 511 min manat təşkil edib.
Ən çox kredit verən banklar siyahısında 3-cü pillədə “PAŞA Bank” qərarlaşıb. Bankın verdiyi kreditlərin məbləği 1 milyard 681 milyon 818 min manat olub.
Ən çox kredit verən banklar arasında “ Xalq Bank”da yer alıb. Belə ki, bank 1 milyard 574 milyon 772 min manat kredit verib.