Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin 12,9 min əmanətçisinə 1 iyun - 10 iyul tarixlərində 229,7 milyon manat kompensasiya ödəyib.
Eləcə də bax: “Həmin bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil”
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.
“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir. (Renkinq)