"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 6-nin bu ilin yanvar-mart aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Xalq Bank", "AFB Bank", "Bank Silk Vey", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"dır.
Adı çəkilən banklar arasında ən yüksək dinamika "Xalq Bank"da (12,6 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (7,8%) qeydə alınıb.
11 bankın - "Kapital Bank", "Naxçıvan Bank", "Bank Avrasiya", "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Express Bank", "PAŞA Bank", "Bank BTB, "Rabitəbank" və "Azər-Türk Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (82%), ən az azalma isə "Kapital Bank"da (27,7%) baş verib.
3 bankın - "Bank VTB Azərbaycan", "Amrah Bank" və "AGBank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 944,3 dəfə, 3,7 dəfə və 78,4%.
2 bankın - "Access Bank" və "Turan Bank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 60,6% və 82%.
5 bank "Bank of Baku", "Bank Respublika", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" bu ilin I rübünü mənfəətlə, ötən ilin I rübünü zərərlə, 2 bank - "Muğan Bank" və "Nikoyl Bank" isə bu ilin yanvar-mart aylarını zərərlə, ötən ilin yanvar-mart aylarını isə mənfəətlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
ABB mənfəətinin / zərərinin dinamikasının açıqlamayıb.