2025-ci ilin ilk yarımilinin yekunlarına görə, Azərbaycanda xalis əməliyyat mənfəəti ən yüksək olan bankların adları məlum olub.
Bankların 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, siyahıya 264 milyon 504 min manatla “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir.
İkinci yerdə 241 milyon 218 min manatla “Kapital Bank” ASC qərarlaşıb.
“PAŞA Bank” ASC isə 127 milyon 558 min manat xalis əməliyyat mənfəəti ilə üçüncü olub.
Siyahıda növbəti yerləri tutan bankların göstəriciləri aşağıdakı kimidir: “Xalq Bank” ASC 43 milyon 106 min manat, “Bank Respublika” ASC 35 milyon 861 min manat, “AccessBank” QSC 34 milyon 239 min manat və “Unibank KB” ASC 28 milyon 109 min manat.
İlk onluqda həmçinin “Yelo Bank” ASC (21 milyon 460 min manat), “Bank of Baku” ASC (18 milyon 869 min manat) və “Ziraat Bank Azərbaycan” ASC (15 milyon 922 min manat) yer alıb.
Bu dövr ərzində xalis əməliyyat mənfəəti 10 milyon manatdan çox olan digər banklar isə bunlardır: “TuranBank” ASC (14 milyon 403 min manat), “Rabitəbank” ASC (12 milyon 271 min manat), “Azər Türk Bank” ASC (11 milyon 868 min manat) və “Expressbank” ASC (10 milyon 585 min manat).
Digər bankların göstəriciləri isə belədir: “Yapı Kredi Bank Azərbaycan” QSC (8 milyon 248 min manat), “Premium Bank” ASC (6 milyon 611 min manat), “Bank VTB (Azərbaycan)” ASC (6 milyon 54 min manat), “Azərbaycan Sənaye Bankı” ASC (3 milyon 984 min manat), “Bank Avrasiya” ASC (3 milyon 464 min manat), “Bank BTB” ASC (2 milyon 615 min manat), “Bank Melli İran” Bakı filialı (2 milyon 96 min manat) və “AFB Bank” ASC (1 milyon 24 min manat).