Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Eləcə də bax: Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 960,222 milyon manat), “Kapital Bank” (1 934,666 milyon manat) və "Azərbaycan Beynəlxalq Bankı" (1 506,777 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 15 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)