Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 712,07 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 523,481 milyon manat) və "PAŞA Bank" (1 506,004 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 12 bankın qiymətli kağızlara investisiyaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 22-si qiymətli kağızlara investisiya edib.
12 bank qiymətli kağızlara investisiyanı azaldıb. Həmin banklar “Xalq Bank”, “Express Bank”, “PAŞA Bank”, “Bank of Baku”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Bank Respublika” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
10 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Unibank”, “Turan Bank”, “Rabitəbank”, “Ziraat Bank Azərbaycan” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, “Yapı Kredi Bank” QSC-dir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (11,3 dəfə dəfə), ən aşağı dinamika isə ABB-də (12,2%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)