2024-cü ilin III rübündə Azərbaycanda ən yüksək qeyri-faiz gəlirləri əldə edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, III rübdə ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” olub – 442 milyon manat.
İkinci ən yüksək qeyri-faiz gəliri göstəricisi 228,2 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı”da olub.
“Paşa Bank”da isə bu göstərici 194,6 milyon manat təşkil edib.
Bu rüb “Unibank”ın qeyri-faiz gəlirləri 84,5 milyon manat, “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 41,2 milyon manat təşkil edib.
Bununla yanaşı "Xalq Bank"ın faiz gəlirləri 32,1 milyon manat, "Azər Türk Bank"ın qeyri-faiz gəlirləri 29,8 milyon manat, "Bank Respublika"da isə 28,1 milyon manata bərabər olub.
Hesabat rübündə "Bank Avrasiya"da qeyri-faiz gəlirləri 1,9 milyon manat olub.