Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün ötənilki qeyri-faiz xərcləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (267,534 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (224,146 milyon manat) və “PAŞA Bank”dır (143,912 milyon manat).
Qalan 23 bankdan 4-də qeyri-faiz xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan az olub.
Azərbaycanda 16 bankın qeyri-faiz xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki qeyri-faiz xərcləri əvvəlki ilə nisbətən az olub.
Bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, Pakistan Milli Bankının Bakı filialı, “Yapı Kredi Bank Azərbaycan”, “Access Bank”, “Muğan Bank”, “Express Bank”, “AFB Bank” və “Premium Bank”dır.
Ən çox azalma “Premium Bank”da (20,8%), ən az azalma isə “Xalq Bank”da (2,1%) qeydə alınıb.
Qalan 16 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Azərbaycan Beynəlxalq Bankı”nda (35,3%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,4%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)