Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün ötənilki qeyri-faiz gəlirləri 100 milyon manatdan çox olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (300,837 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (168,149 milyon manat) və “PAŞA Bank” (127,681 milyon manat) ASC-lərdir.
Qalan 23 bankdan 10-da qeyri-faiz gəlirləri 10-10 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.