Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün ötənilki əməliyyat gəlirləri 300 milyon manatdan çox olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (775,017 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (604,652 milyon manat) və “PAŞA Bank” (389,825 milyon manat) ASC-lərdir.
Qalan 23 bankdan 4-də əməliyyat gəlirləri 100-200 milyon manat arasında, 17 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.