Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma “Access Bank”da (6,7%), ən az azalma isə Pakistan bankında (4,3%) qeydə alınıb.
Qalan 23 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Bank Respublika” ASC-də (24,3%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,2%) qeydə alınıb.