2024-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 3 bankda fiziki şəxslərin depzoit portfeli 1 milyard manatdan çoxdur.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək depozit portfelinə malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 2 milyard 746 milyon manat.
Digər yüksək depozit portfelinə malik olan banklardan “Kapital Bank” 2 milyard 596 milyon manatla ikinci, “Paşa Bank” isə 1 milyard 888 milyon manatla üçüncü yeri tutur.
İlk beşliyə daxil olan 2 bankda fiziki şəxslərin əmanətlərinin həcmi 900 milyon manatdan yüskək olub
“Univbank”da IV rübün nəticələrinə görə fiziki şəxslərin depozit portfeli isə 956,4 milyon manat olub.
"Xalq Bank"da müştərilərin depozitləri 948,3 milyon manata yaxınlaşıb.