Noyabrın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank”, “Zamin Bank” və “Dəmir Bank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət “Texnika Bank”a məxsus, 245 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Zamin Bank”a məxsus, 290 min manat dəyərində Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 13A ünvanında yerləşən 2 706,8 kv.metrlik əmlak kompleksindən, “Dəmir Bank”a məxsus, 13,5 min manat dəyərində 1 ədəd "Aksa" markalı generatordan, 62 min manat dəyərində, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, ev 5 ünvanında yerləşən 72,4 kv.metrlik mənzildən, 62 min manat dəyərində, Xaçmaz rayonunun Qaradağlı kəndində yerləşən 1,7 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən gedir.