2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivlərinin həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə aktivlərinin böyüklüyünə görə bazarın liderləri məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın aktivləri 13 milyard 626 milyon 903 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın aktivləri 11 milyard 320 milyon 937 min manat olub.
"PAŞA Bank" ASC 9 milyard 407 milyon 313 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Xalq Bank" ASC isə 3 milyard 184 milyon 467 min manat aktivlə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank Respublika" ASC-də 2 milyard 725 milyon 674 min manat, "Azər Türk Bank" ASC-də isə 2 milyard 188 milyon 501 min manat aktiv qeydə alınıb.
"Unibank KB" ASC 2 milyard 132 milyon 917 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "AccessBank" QSC 1 milyard 770 milyon 369 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Yelo Bank" ASC (1 milyard 515 milyon 246 min manat) və "Rabitəbank" ASC (1 milyard 402 milyon 300 min manat) tamamlayır.
Aktivləri 1 milyard manatdan çox olan digər banklar isə "Ziraat Bank Azərbaycan" ASC (1 milyard 367 milyon 735 min manat) və "Bank of Baku" ASC-dir (1 milyard 152 milyon 476 min manat).
Siyahının sonrakı pillələrində "TuranBank" ASC (907 milyon 176 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (826 milyon 188 min manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC (792 milyon 728 min manat) yer alıb.
Renkinqi "Bank Avrasiya" ASC (214 milyon 510 min manat) və "Bank Melli İran" Bakı filialı (120 milyon 291 min manat) tamamlayır.











