"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 22-nin bu ilin yanvar-mart aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Bank of Baku", "Azər-Türk Bank", "Günay Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank", "AFB Bank", "Bank Silk Vey", "Ziraat Bank Azərbaycan", "Bank Respublika", "Unibank", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Atabank", "Xalq Bank", "Nikoyl Bank", "Bank Avrasiya", "Muğan Bank", "Kapital Bank", "AGBank", "Naxçıvan Bank" və "Bank VTB Azərbaycan"dır. Ən yüksək dinamika "Bank of Baku"da (7,2 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (0,8%) qeydə alınıb.
7 bankın - "NBC Bank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Amrah Bank", "Turan Bank", "Access Bank" və "Bank BTB"nin isə qeyri-faiz xərcləri azalıb. Ən çox azalma "Bank BTB"də (42%), ən az azalma isə "NBC Bank"da (4,5%) qeydə alınıb.
ABB qeyri-faiz xərclərinin dinamikasını açıqlamayıb.