Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (16%), ən az azalma isə İran bankında (0,9%) qeydə alınıb.
Qalan 22 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (45,4%), ən aşağı dinamika isə “Express Bank” ASC-də (0,5%) qeydə alınıb.