Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun ötənilki faiz xərcləri əvvəlki ilə nisbətən az olub.
FED.az xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Turan Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Access Bank", İran və Pakistan Milli Banklarının Bakı filialları, "Azərbaycan Beynəlxalq Bankı"dır. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"ında (35,2%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (2,2%) qeydə alınıb.
Qalan 21 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika "Bank of Baku"da (2,2 dəfə), ən aşağı dinamika isə "PAŞA Bank"da (5,2%) qeydə alınıb.
Eləcə də bax: Maliyyə Palatası: Azərbaycanda milli reytinq agentliyi yaradılır