Bu ilin 1-ci rübündə Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 20-nin qeyri-faiz xərclərində artım baş verib.
FED.az bu barədə bankların rüblük hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir.
Məlumata görə ən yüksək artım "Bank Avrasiya"da 35,9% olmaqla hiss olunub. Məbləğ ifadəsi ilə bankın qeyri-faiz xərcləri 596 min manat artıb.
"Bank Avrasiya"dan sonra ikinci ən yüksək artım "Azərbaycan Beynəlxalq Bank"ında hiss olunub. Bankın qeyri-faiz xərclərində 34,8%, başqa sözlə 33,6 milyon manata yaxın artım baş verib.
"Bank VTB (Azərbaycan)"da il ərzində 30,9% (2,1 milyon manat) artım baş verib.
"Kapital Bank" ASC 25,3% (42,4 milyon manat) artımla 4-cü olub.
"ZiraatBank Azərbaycan"ın qeyri-faiz xərcləri 24,9% (1,3 milyon manat) dəyərində artıb.