2025-ci ilin sonuna əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfelinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə istehlak kreditləşməsi bazarında lider banklar məlum olub.
Renkinqə "Kapital Bank" ASC başçılıq edir. Bankın istehlak kredit portfeli 3 milyard 135 milyon 750 min manat təşkil edib.
İkinci yerdə "Azərbaycan Beynəlxalq Bankı" ASC qərarlaşıb – dövlət bankının əhaliyə verdiyi kreditlərin həcmi 1 milyard 984 milyon 240 min manat olub.
"Bank of Baku" ASC 699 milyon 931 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Unibank KB" ASC isə 647 milyon 205 min manat portfellə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank Respublika" ASC-də 368 milyon 932 min manat, "Rabitəbank" ASC-də isə 337 milyon 899 min manat istehlak krediti qeydə alınıb.
"Azər Türk Bank" ASC 328 milyon 247 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Yelo Bank" ASC 317 milyon 394 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "AccessBank" QSC (289 milyon 169 min manat) və "Xalq Bank" ASC (284 milyon 359 min manat) tamamlayır.
İstehlak portfeli 100 milyon manatdan çox olan digər banklar isə "Expressbank" ASC (228 milyon 391 min manat), "TuranBank" ASC (217 milyon 142 min manat) və "Bank VTB (Azərbaycan)" ASC-dir (111 milyon 271 min manat).
Siyahının sonrakı pillələrində "Yapı Kredi Bank Azərbaycan" QSC (97 milyon 24 min manat), "PAŞA Bank" ASC (75 milyon 143 min manat) və "AFB Bank" ASC (64 milyon 984 min manat) yer alıb.
Renkinqi "Premium Bank" ASC (60 milyon 546 min manat), "Bank BTB" ASC (45 milyon 378 min manat) və "Ziraat Bank Azərbaycan" ASC (29 milyon 862 min manat) davam etdirir.
Siyahını "Bank Avrasiya" ASC (23 milyon 110 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (6 milyon 824 min manat) və ən kiçik portfelə malik "Bank Melli İran" Bakı filialı (1 milyon 447 min manat) tamamlayır.











