2024-cü ilin III rübündə Azərbaycanda ən yüksək faiz xərcləri göstəricisinə malik olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, III rübdə ən yüksək faiz xərci olan bank “Azərbaycan Beynəlxalq Bankı” olub – 165,2 milyon manat.
İkinci ən yüksək faiz xərci göstəricisi 158,6 milyon manatla “Kapital Bank”da olub.
“Paşa Bank”da isə bu göstərici 84,9 milyon manat təşkil edib.
Bu rüb "Bank Respublika"nın 63,2 milyon manat faiz xərci olub.
Bundan başqa faiz xərcləri "Access Bank"da 62,4 milyon manata, "Unibank"da isə 56,5 milyon manata bərabər olub.
Ən az faiz gəliri əldə edən banklar isə “Bank Melli İran” Bakı filialı 286 min manat) və “Bank Avrasiya” (1,7 milyon manat) bankları olub.