Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
FED.az xəbər verir ki, bunlar Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
Ən çox azalma İran bankında (19,9%), ən az azalma isə Pakistan bankında (1,1%) qeydə alınıb.
Qalan 24 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (82,5%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (2,6%) qeydə alınıb (Renkinq).