2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların balans kapitalının həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə kapitalının böyüklüyünə görə bazarın liderləri məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın balans kapitalı 2 milyard 204 milyon 685 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın kapitalı 1 milyard 178 milyon 338 min manat olub.
"PAŞA Bank" ASC 917 milyon 765 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Xalq Bank" ASC isə 542 milyon 452 min manat kapitala malik olaraq dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank Respublika" ASC-də 249 milyon 405 min manat, "AccessBank" QSC-də isə 232 milyon 711 min manat balans kapitalı qeydə alınıb.
"Premium Bank" ASC 197 milyon 391 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Unibank KB" ASC 192 milyon 796 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Yelo Bank" ASC (176 milyon 493 min manat) və "Bank of Baku" ASC (175 milyon 771 min manat) tamamlayır.
Balans kapitalı 100 milyon manatdan çox olan digər banklar "Ziraat Bank Azərbaycan" ASC (160 milyon 669 min manat), "Rabitəbank" ASC (131 milyon 529 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (128 milyon 326 min manat) və "Expressbank" ASC-dir (126 milyon 356 min manat).
Siyahının sonrakı pillələrində "Yapı Kredi Bank Azərbaycan" QSC (123 milyon 573 min manat), "Azər Türk Bank" ASC (117 milyon 448 min manat), "Bank VTB (Azərbaycan)" ASC (109 milyon 931 min manat) və "TuranBank" ASC (104 milyon 806 min manat) yer alıb.
Renkinqi "Bank Avrasiya" ASC (89 milyon 985 min manat), "AFB Bank" ASC (77 milyon 731 min manat) və "Bank Melli İran" Bakı filialı (53 milyon 353 min manat) davam etdirir.
Siyahını ən kiçik balans kapitalı ilə "Bank BTB" ASC (50 milyon 925 min manat) tamamlayır.












