Azərbaycanda kredit portfeli ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların kredit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 79% olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 352,5 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 36% və ya 139,7 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Kredit portfelini 26% və ya 1,302 milyon manat artıran "Azərbaycan Beynəlxalq Bankı" üçüncüdür.
"Bank VTB (Azərbycan)"ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 26% və ya 47,9 milyon manat dəyərində böyüyüb.
"Bank Respublika"nın kredit portfelində təxminən 25% və ya 297,6 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 23% (92,7 milyon manat) artımla "Expressbank" yer alıb.
İlk onluqda digər 4 bank "Yelo Bank" (170,8 milyon manat və ya 22%), "Kapital Bank" (939,4 milyon manat və ya 22%),"Rabitəbank" (126,9 milyon manat və ya 18%), və "Paşa Bank" (467,8 milyon manat və ya 17%) olub.
Hesabat rübündə 22 bankın 19-unun kredit portfelində artım baş verib.