Azərbaycanda kredit portfeli ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların kredit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 74% olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 331,9 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 21% və ya 1 milyard 39,1 milyon manat göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" gəlir.
Kredit portfelini 20% və ya 27,9 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 12% və ya 511,3 milyon manat dəyərində böyüyüb.
"Yelo Bank"ın kredit portfelində təxminən 20% və ya 843,1 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 15% (178,1 milyon manat) artımla "Bank Respublika" yer alıb.
İlk onluqda digər 4 bank "Paşa Bank" (413,5 milyon manat və ya 15%), "Expressbank" (58,9 milyon manat və ya 14%),"Bank Of Baku " (91,6 milyon manat və ya 14%), və "Ziraat Bank Azərbaycan" (53,5 milyon manat və ya 14%) olub.
Hesabat rübündə 22 bankın 19-unun kredit portfelində artım baş verib.