Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Eləcə də bax: Azərbaycanda biznes müştəriləri üçün 3 ən yaxşı bank - MƏLUM OLUB
FED.az xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Bank Avrasiya", "Access Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Express Bank", "AFB Bank" və "Premium Bank"dır.
Ən çox azalma "Premium Bank"da (10,3%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (1,1%) qeydə alınıb.
Qalan 18 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (66,8%), ən aşağı dinamika isə "Muğan Bank"da (2,4%) qeydə alınıb. (Renkinq)