Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
FED.az xəbər verir ki, bunlar “Bank Avrasiya”, “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (100%), ən az azalma isə “Bank Avrasiya”da (4,7%) qeydə alınıb.
Qalan 18 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (79%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (7,1%) qeydə alınıb. (Renkinq)