2025-ci ilin ilk doqquz ayının yekunları Azərbaycan bank sektorunda aktivlərin artım dinamikasını nümayiş etdirib.
FED.az xəbər verir ki, bəzi banklar bu dövrdə xüsusi artım templəri ilə seçilib.
Hesabat dövründə aktivlərinin nisbi artımına görə lider “Ziraat Bank Azərbaycan” ASC olub. Bankın aktivləri doqquz ay ərzində 312 milyon 576 min manat artaraq 33,9%-lik yüksəliş göstərib. İkinci yerdə “Bank Respublika” ASC qərarlaşıb ki, onun aktivləri 541 milyon 279 min manat və ya 24,9% artıb. İlk üçlüyü 183 milyon 369 min manat (19,6%) artımla “Bank of Baku” ASC tamamlayıb.
Aktivlərini sürətlə artıran digər banklar arasında “Xalq Bank” ASC (562 milyon 135 min manat artımla 18,3%), “Rabitəbank” ASC (152 milyon 872 min manat artımla 13,2%) və “Yelo Bank” ASC (164 milyon 791 min manat artımla 12,9%) də var.
Siyahını davam etdirən “AccessBank” QSC aktivlərini 134 milyon 294 min manat (9,0%), “PAŞA Bank” ASC 712 milyon 318 min manat (8,7%), “AFB Bank” ASC 25 milyon 303 min manat (8,6%), “Unibank KB” ASC isə 148 milyon 544 min manat (8,4%) artırıb.
Daha mülayim artım templəri ilə seçilən banklar arasında “Bank BTB” ASC (26 milyon 451 min manat artımla 7,3%), “Kapital Bank” ASC (692 milyon 94 min manat artımla 6,1%), “TuranBank” ASC (42 milyon 707 min manat artımla 5,0%) və “Expressbank” ASC (25 milyon 292 min manat artımla 4,1%) qərarlaşıb.
Bu dövrdə “Premium Bank” ASC aktivlərini 18 milyon 723 min manat (2,9%), “Azərbaycan Sənaye Bankı” ASC 20 milyon 177 min manat (2,6%), “Bank Melli İran”ın Bakı filialı 2 milyon 222 min manat (1,9%) və “Bank Avrasiya” ASC 3 milyon 60 min manat (1,5%) artırıb.