Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nin bu ilin yanvar-mart aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
FED.az xəbər verir ki, bunlar "Access Bank", "Bank Avrasiya", "AGBank", "Atabank", "Nikoyl Bank", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku", "Rabitəbank", "AFB Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (100,0%), ən az azalma isə "Access Bank"da (4,6%) qeydə alınıb.
Qalan 17 bankın faiz xərcləri isə artıb. Ən yüksək dinamika "Günay Bank"da (2,3 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (0,1%) qeydə alınıb.
Eləcə də bax: Cari ilin ilk rübündə ən çox gəliri olan bank - MƏLUM OLUB