Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün öhdəlikləri illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Zıraat Bank Azərbaycan", "AGBank", "Express Bank", "Atabank", "Access Bank", "Bank Avrasiya", "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", "AFB Bank" və Pakistan Milli Bankının Bak filialındadır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (36,3%), ən az azalma isə "Azərbaycan Səaye Bankı"nda (0,6%) qeydə alınıb.
Qalan 16 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (48,8%), ən az artım isə "Bank BTB" və "Turan Bank"da (1,1%) baş verib.
Eləcə də bax: "25 min nəfər gəlib pulunu götürməyib" – PALATADAN AÇIQLAMA