Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda bankların faiz gəlirləri üzrə - RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “Yelo Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Premium Bank” və “AFB Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (25,%%), ən az azalma isə “Xalq Bank”da (4,1%) qeydə alınıb.
Qalan 16 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (53,1%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (3,9%) qeydə alınıb.