Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-nın aktivləri artıb, 14-nün aktivləri azalıb. FED.az Aktivlərinin dinamikasına görə bankların sıralaması - a istinadən xəbər verir ki, 2018-ci ilin 2-ci rübünün nəticələrinə görə, aktivləri ən çox artan 5 bank bunlardır: «Naxçıvan bank» ASC (28%), «Expressbank» ASC (24,1%), «Silk Way Bank» (21,6%), «Bank Respublika» ASC ( 16,2%) və «Kapital Bank» ASC (12,8%).
Mütləq dinamika ilə baxsaq aktivlərini ən çox artıran ilk 5 bank bunlardır: Kapital Bank (406,2 milyon manat), Paşa Bank ASC (193,9 milyon manat), «Bank Respublika» ASC ( 119,7 mln. manat), «Azərbaycan Sənaye Bankı» ASC (114,7 mln. manat) və Silk Way Bank (106,3 mln. manat).
Siyahıda olan 30 bankdan 14 bankın aktivləri azalıb. Ən çox aktivləri azalan ilk 5 bank bunlardır: Bank VTB ASC (Azərbaycan) (-17,4%), Xalq Bank ASC (-11,1%), Azərbaycan Beynəlxalq Bankı ASC (-9,4%), Nikoil Bank İKB ASC ( -8,6%) və Günay Bank ASC (-5,3%).
Mütləq dinamikaya nəzər salsaq aktivləri ən çox azalan 5 bank: Azərbaycan Beynəlxalq Bank ASC (-787,6 mln. manat), Xalq Bank ASC (-248,1 mln. manat), Nikoil Bank (-41,9 mln. manat) , AG Bank ASC ( -16,5 mln.) və Ata Bank ASC ( -16,3 mln manat) olub.
Azərbaycanda 16 bankın aktivləri artıb, 14 bankda azalıb – SİYAHI
13:50
14 Avq 2018