2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, Azərbaycand fəaliyyət göstərən 26 bankdan 16-da aktivlərin artımı, 10 bankda isə azalması baş verib.
FED.az RENKİNQ xəbər verir ki, aktivlərin ən sürətli artımı «Yelo Bank»da müşahidə edilib. 1 rübdə aktivlər 27%-dən çox və ya 144 milyon manat yüksəlib.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
«Kapital Bank»ın aktivləri 24%, «Ziraat Bank»da isə 15,8% olub.
Məbləğ ifadəsində aktivlərin ən sürətli artımı 3 böyük bankda baş verib. Bunlar Azərbaycan Beynəlxalq Bankı (ABB), «Kapital Bank» və «Paşa Bank»dır.
Aktivlərin ən böyük azalması isə «Premium Bank»da qeydə alınıb – 102 milyon manat və ya aktivlərin 13,5%-i.
«Naxçıvanbank»ın aktivləri 23 milyon manat azalıb, «Bank BTB» isə 5,2 milyon manat kiçilib.
Bank aktivlərinin dəyişməsi ilə bağlı - TAM SİYAHI
Ölkədəki malliyyə qururmlarının bütün renkinqlərini FED.az RENKİNQ -də izləyə bilərsiniz.