Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Bank BTB", "Unibank", "Nikoyl Bank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Günay Bank", "Naxçıvan Bank", "Bank Silk Vey", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Express Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank BTB"də (5 dəfə), ən aşağı dinamika isə "AGBank"da (6,6%) qeydə alınıb.
1 bankın - "Access Bank"ın qeyri-faiz zərəri 23,5%% artıb.
1 bank - "Bank VTB Azərbaycan" bu ilin ilk 9 ayında qeyri-faiz əməliyyatlarından zərər etdiyi, ötən ilin ilk 9 ayında isə gəlir əldə etdiyi üçün onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalmaq Pakistan Milli Bankının Bakı filialında (demək olar ki, 100%), ən az azalma isə "AFB Bank"da (8,2%) qeydə alınıb.