Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I rübündəki faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Eləcə də bax: Banklarda istehlak kreditlərini bu şərtlərlə verilir - SİYAHI, ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunlar “Rabitəbank”, “Azər-Türk Bank”, “AFB Bank”, “Bank of Baku”, “Xalq Bank”, “Bank Avrasiya”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (37,6%), ən az azalma isə “Access Bank”da (3%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-mart aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (50,5%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (5,2%) qeydə alınıb. (Renkinq)