Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin aktivləri illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Zıraat Bank Azərbaycan", "AGBank", "Access Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Express Bank", "Bank of Baku", "Nikoyl Bank" və "AFB Bank"dır. Aktivlərdə ən çox azalma "AFB Bank"da (19,9%), ən az azalma isə "Bank VTB Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"nda (0,1%) qeydə alınıb.
Qalan 15 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (46,9%), ən az artım isə "Bank BTB" də (0,3%) baş verib.
Eləcə də bax: Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib